Krioterapiya – soyuq ilə müalicə deməkdir
Krioterapiya – soyuq ilə müalicə deməkdir. Orqanizmə ekstremal dərəcədə aşağı temperaturların azmüddətli təsiridir. Müalicə, törəmələrin maye azotla dondurulmasından ibarətdir. Krioterapiya üsulu ilə ziyil, döyənək (mazol), ət xalları və papilomalardan azad ola bilərsiniz. Bu törəmələr erkən müalicə olunmazsa, dərinin başqa nahiyələrinə də yayıla bilər.
Krioterapiya proseduru Dermatokosmetoloq Dr. Ülfət Həsənova tərəfindən icra edilir.

