Çoxsaylı Müraciətləri Nəzərə Alaraq Ən Çox Soruşulan Analizlərin Qiymətləri
Arxiv: bu məlumat paylaşım tarixinə aiddir.
Laboratoriya Bölməsi
Müasir dövrdə diaqnostikanın nə qədər böyük əhəmiyyət daşıdığı hamıya bəllidir. Düzgün qoyulan diaqnoz müalicənin effektini artırır, xəstənin sağlamlığının tezliklə bərpasını təmin edir.
Odur ki, Gəncə Beynəlxalq Xəstəxanasında klinik müayinələrdən başqa, laborator tədqiqatların aparılması yüksək səviyyədə qurulub. Xəstəxananın laboratoriyası müasir standartlara cavab verən avtomat cihazlarla təchiz edilib. Analizlər tibb sahəsində öz sözünü demiş Amerikanın Beckman şirkətinin cihazları vasitəsi ilə aparılır. Türkiyənin kubiden proqramına qoşulan xəstəxananın laboratoriya cihazları hər ay türk mütəxəsissləri tərəfindən yoxlanılır.
Qafqaz regionunda 2 dəfə Joint Commission International (JCI) Akreditasiyası əldə edən Gəncə Beynəlxalq Xəstəxanası tam avtomatlaşdırılmış laboratoriyasının istər orta tibb personalı, istərsə ali tibb mütəxəssisləri yüksək peşəkarlıq və bacarıqları ilə hər zaman ölkə vətəndaşlarının sağlamlığının keşiyində dayanırlar.
