Stomatologiya Bölməsi müasir standartlara uyğun və yüksək keyfiyyətli
Stomatologiya Bölməsi müasir standartlara uyğun və yüksək keyfiyyətli stomatoloji xidmət təklif edir. Müraciət edən hər bir pasiyentə fərdi yanaşılır və tətbiq olunan hər bir diaqnostik və ya müalicəvi manipulyasiya yalnız individual şəkildə aparılır. Bundan əlavə, hər bir xəstəliklərin dəqiq diaqnostikasını təmin etmək üçün şöbəmizdə quraşdırılmış dental vizioqraf və ortopantomoqramma aparatlarından istifadə edilir.
Müalicə edilən xəstəliklər
Ağız boşluğunun selikli qişa xəstəlikləri: aftoz, allergik, herpetik, medikamentoz stomatitlər, kandidoz, xeylit, qırmızı yastı dəmrov, leykoplakiya.
Diş əti xəstəlikləri: gingivit, parodontit, parodontoz.
Dişin sərt və yumşaq toxumalarının xəstəlikləri: diş tacının və kökünun sınıqları, diş tacının estetik qüsurları, karies, pulpit, apikal toxumaların lezyonu.
Hissəvi və tam itirilmiş dişlərin bərpası, müalicə və profilaktikası, müxtəlif növ protez konstruksiyalarının hazırlanması
Diş, çənə və üz nahiyyəsinin xəstəliklərinin cərrahi üsul ilə müalicə və profilaktikası.
İcra edilən prosedur və əməliyyatlar
Diş-çənə cərrahiyyəsi: Diş çəkimi, retension diş əməliyyatı, ağıl diş çəkimi, diş kökünün cərrahi yolla çıxarılması, kökün apikal hissəsinin rezeksiyası, frenektomiya, kist əməliyyatı, abses və fleqmonanın drenajı, çənə lüksasiyası, dişlərin implantasiyası (diş əkilməsi), sinus-lifting (qapağı açıq), sinus perforasiyasının bağlanması, oroantral fistulanın bağlanması, alveol plastika, biopsiyaların alınması, flep əməliyyatı
Endodontiya: kəskin və xroniki pulpitlərin müalicəsi, diş kökünün sınıqlarının restavrasiyası, apikal periodontitin müalicəsi
Estetik stomatologiya: diş tacının kompozit və keramika ilə bərpası, diş tacının pinlə restavrasiyası, tək diş və diş sıralarının ağardılması
Ortopediya: metal, metal-keramik və tam keramik qapaqların və körpülərin hazırlanması, vinirlərin hazırlanması, tək və hissəvi protezlərin hazırlanması.
Uşaq stomatologiyası: diş tacının restavrasiyası, fissurların örtülməsi, kök kanallarının müalicəsi, diş və çənə anomaliyalarının diaqnostikası
Periodontologiya: diş daşı təmizləməsi, subgingival kuretaj, gingivoektomiya, gingivoplastika, periodontal abses və s.

