Dermatovenerologiya

23.07.2019Xidmət və avadanlıq

Dermatovenerologiya Tibbi bölmə haqqında məlumat Dermatovenerologiya

Dermatovenerologiya

Tibbi bölmə haqqında məlumat

Dermatovenerologiya bölməsi – Dəri xəstəlikləri (uşaq və böyüklər), saç xəstəlikləri, dırnaq xəstəlikləri, zöhrəvi xəstəliklər (cinsi yolla keçən xəstəliklər), allergik mənşəli dəri xəstəlikləri, kosmetik dermatologiya ilə məşğul olur.

Dəri xəstəliklərinin müasir metodlarla diaqnostikası aparılır və dünyada en son müalicə protokolları icra olunur. Çətin müalicə olunan xəstəliklərdə davamlı, uzun müddətli remissiyalar (xəstəliksiz periodlar) alınır.

Nevusların (xalların) diaqnostikası, dermatoskopiya ilə yerinə yetirilir, 6 ay- 1 illik müşahidələrə alınır və onkoloji şübhəli olanlar vaxtında aşkarlanır.

Allergik mənşəli xəstəliklərin diaqnostikası aparılır, allergik testləri ilə allergiyanın səbəbləri təyin olunur.

Hər növ estetik, kosmetik prosedurlar həyata keçirilir.

Müalicə edilən xəstəliklər

Psoriaz (Dəmrov)

Ekzemalar

Akne (Sızanaq)

Alopesiyalar (Saç tökülməsi)

Bulloz Dermatozlar

Vitiliqo

Göbələk xəstəlikləri

Dırnaq xəstəlikləri

Melasma

Hiperpiqmentasiyalar

Herpes virus xəstəlikləri

Papillomalar

Kondilomalar

Cinsi yolla keçən xəstəliklər (Sifilis, Xlamidioz, Trixomoniaz, Qonorreya və s.)

Hiperhidroz (Həddindən artıq tərləmə) və s.

İcra edilən prosedur və əməliyyatlar

Biopsiyalar

Krioterapiya

Koterizasiya

Dermatoskopiya

Dırnaq çəkilməsi (hissəvi və tam matriksektomiya)

Botoksla qırışların aradan qaldırılması

Hialuron gel ilə üz korreksiyası, qırışların yox edilməsi

PRP (Platelled riched plasma-plasmalifting)

Mezoterapiya

Biorevitalizasiya

Limfa drenaj

Selulit zərbə terapiyası

Selulit və incələmə mezoterapiya

Lazer müalicəs və s.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.