Qastroenterologiya və hepatologiya

24.07.2019Xidmət və avadanlıq

Stasionar Bölməsi 7gün 24 saat fəaliyyət göstərən Stasionar bölmənin

Stasionar Bölməsi

7gün 24 saat fəaliyyət göstərən Stasionar bölmənin palataları, müasir tibbi təlabatlara və dünya standartlara uyğun təşkil edilməklə yanaşı, yüksək səviyyəli interyerə malikdirlər. Stasionar bölmə ümumilikdə 56 çarpayıdan, bunlardan 32-i tək nəfərlik (bunlardan 4 junior suite, 2 suite), 9-u iki nəfərlik, 1 ədəd 5 nəfərlik xəstə və 1 çarpayılıq dializ otaqlarından ibarətdir. Palatalarda sanitariya və gigiyenik qaydalara yüksək səviyyədə əməl olunur.

Stasionar bölmədə əməliyyat olunmuş və ya stasionar müalicə alan bütün ixtisaslara aid xəstələr, o cümlədən nevroloji, uroloji, neyrocərrahi, travmalı, LOR və digər xəstələr yatır.

Xəstəxananın xüsusi yeməkxanası var. Yeməkxana xəstəxananın xidməti personalına və xəstələrə qulluq göstərir. Beynəlxalq standartlara uyğun tərtib olunmuş pəhriz stolları xəstənin keçirmiş olduğu əməliyyatlara uyğun olaraq hər bir xəstəyə individual olaraq təyin olunur.

Stasionar bölmədə tibbi sığortalı xəstələr də müalicə olır.

Xəstə yanına gəlmiş şəxslər üçün müəyyən edilmiş vaxt:

  • I-VII günlər - 17:30-dən 20:00-dək

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.