Göz təzyiqinin ölçülməsi göz müayinəsinə daxildir
Göz Təzyiqinin Ölçülməsi Göz Müayinəsinə Daxildir.
Göz təzyiqinin normal olması gözün sağlamlığı üçün olduqca vacibdir. Gözdə təzyiqin artması adətən gicgah nahiyələrində olan baş ağrıları, xüsusilə gözlərin hərəkəti zamanı göz ağrıları, gözlərdə yorğunluq kimi simptomlarla özünü büruzə verir.
Maye daim gözdə hasil olunur və daha sonra oradan axıb gedir. Mayenin gözdən axması prosesi pozulduqda, orada artıq miqdarda yığılmağa başlayır. Nəticədə maye gözün divarına daha güclü təzyiq etməyə başlayır ki, bu da müxtəlif göz xəstəliklərinin və pozulmalarının inkişafına yol açır.
Göz təzyiqi xüsusi cihazla - tonometrlə ölçülür ki, bu çox sadə prosedurdur. Bu prosedur yerli anesteziya istifadə ilə həyata keçirilir.
Unutmayın ki, göz təzyiqi sağlam gözlərdə də ola bilər Göz təzyiqin kəskin və yüksək artması adətən başgicəllənmələri, ürəkbulanmaları və qusma kimi simptomlar müşahidə edilir. Lakin bəzi hallarda yüksək göz təzyiqi əlamətsiz davam edir ki, məhz bu səbəbdən də profilaktik tədbirlər kimi, hər kəs ən azı ildə bir dəfə göz təzyiqi ölçü prosesini keçməlidir.

