Hematologiya

01.07.2019Həkimlərimiz

Hematologiya Bölməsi Hematologiya bölməmiz - Hematoloji poliklinika

Hematologiya Bölməsi

Hematologiya bölməmiz - Hematoloji poliklinika, Stasionar, Aferez bölməsi və Qan Bankı bölmələrindən ibarətdir.

Bölmə beynəlxalq standartlarda xəstə baxımı və rahatlığı nəzərə alınaraq dizayn edilmiş, müasir tibb texnologiyası ilə təchiz edilmişdir.

Bölməmiz xəstəliyin simptomlarının qiymətləndirildiyi və müalicə protokoluna qərar verildiyi Poliklinika bölməsi, xüsusi hipofiltrlərlə təchiz olunmuş Stasionar Xəstə şöbəsi, Qan və Qan elementlərinin hazırlandığı Qan Bankı bölməsi, terapevtik və donor aferez prosedurlarının icra edildiyi Aferez bölməsi, Krioprezervasiya, Kök Hüceyrə Laboratoriyasından ibarətdir.

Müalicə prosedurlarını multidisiplinar strukturda reallaşdıran bölməmizdə, xoşxassəli və bədxassəli xəstəlikləri olan xəstələrimizə, ən həssas qulluq və uyğun müalicə variantları tətbiq edilir. Multipl miyelom (Plazma hüceyrələrinin səbəb olduğu bədxassəli sümük iliyi xəstəliyi), limfoma (limfa vəzinin xərçəngi), kəskin leykoz (qan xərçəngi) və xroniki leykoz, bilər.aplastik anemiya və s. kimi qan xəstəliyi olan xəstələr beynəlxalq standartlara uyğun olan bölməmizə müalicə üçün müraciət edə bilərlər.

Müalicə edilən xəstəliklər

  • Anemiyalar - irsi və qazanılmış
  • Trombositopeniyalar
  • Laxtalanma pozğunluqları
  • Kəskin leykozlar (limfoblast və mieloblast)
  • Xroniki leykozlar (limfoid və miyeloid)
  • Limfomalar (Hodgkin və Non-Hodgkin)
  • Multipl Miyelom
  • Miyelodisplastik sindrom
  • Miyeloproliferativ xəstəliklər

İcra edilən prosedur və əməliyyatlar

  • Sümük iliyinin aspirasiya və biopsiyası
  • Qan və qan elementlərinin hazırlanması, dondurulması və saxlanılması
  • Terapevtik aferez - plazmaferez, eritrositaferez, leykoferez, trombositoferez, fotoferez
  • Donor aferezi - tromboferez, limfosit, granulosit və kök hüceyrənin toplanması

İntratekal kimoterapiya və s.

Həkim Hematoloq Dr. Orxan Hümbətov

Əlavə məlumat almaq üçün

  • //gbx.az/

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.