Oftalmologiya

29.07.2019Sağlamlıq məqalələri

Oftalmoloq uzm.dr.anıl resmi pterigium nədir?

Oftalmoloq Uzm.dr.anıl Resmi

Pterigium Nədir?

Pterigium (qanadabənzər pleva) – tədricən gözün şəffaf hissəsinin – buynuz qişanın üzərinə keçə bilən konyuktivanın qalınlaşmasıdır. Ağırlaşmış hallarda pterigium gözün bəbəyinə çatmış olur və görmə qabiliyyətinin itkisinə gətirib çıxarır.

Bu xəstəliyi hər bir yaş qrupuna aid olan insanlarda müşahidə etmək olar, lakin əksər hallarda bu xəstəliyə yetkin və yaşlı insanlar məruz qalırlar.

Pterigum – əksər hallarda müxtəlif qıcıqlandırıcı amillərə (işıq, toz, qum, kimyəvi maddələr, külək) məruz qalmış şimal və cənubda yaşayan insanların xəstəliyi hesab edilir. Vaxt keçdikcə xəstəliyin daha da inkişaf etməsi qeydə alınıb.

Zahirən törəmə üçbucaq şəklində olan bozumtul bir tora bənzəyir. Torun iti bucağı bəbəyə doğru yönəlmiş olur. Əksər hallarda xəstəlik gözün burun tərəfindəki küncüncündə müşahidə olunur, patoloji prosesə hər iki göz məruz qala bilər.

Pterigium cərrahi yolla müalicə edilir. Əməliyyat çox zaman ambulator şəkildə aparılır. Bəzi xəstələr pterigiumu katarakta ilə qarışdırırlar. Pterigium gözün səthində yerləşir. Əməliyyat zamanı bu pərdə buynuz təbəqənin üzərindən götürülür. Katarakta zamanı isə bulanmış göz bülluru gözün içindən götürülür.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.