Laboratoriya

26.11.2019Sağlamlıq məqalələri

Pap smear 50 azn pap smear testi nədir?

PAP SMEAR testi nədir? Və nə zaman icra olunur?

Pap- smear testi və ya Papanikolau testi, uşaqlıq boynu və uşaqlıq yolundan götürülmüş hüceyrə nümunələrinin müayinəsindən ibarətdir. Pap-test zamanı adətən uşaqlıq boynunda qeyri-normal hüceyrələr təyin edilir.

Pap-test əsasında histoloq-həkim tərəfindən xüsusi sitoloji rəy verilir. Sitoloji rəy isə toxuma quruluşunu deyil, hüceyrələrin müayinəsinə imkan verir.

Pap-test daha çox yastı hüceyrə karsinomasının aşkar edilməsi üçün yüksək həssaslığa malikdir. Lakin adenokarsinomanın aşkar edilməsində Pap-testin həssaslığı nisbətən aşağıdır.

Uşaqlıq boynu xərçənginə görə skrininq ənənəvi Pap-test və ya maye-əsaslı Pap-test ilə aparıla bilər. Pap-test ilə skrininq hər 3 ildən bir aparılır. Pap-testin hər il aparılması isə uşaqlıq boynu xərçəngi hallarının aşkar edilməsinin yaxşılaşmasına az təsir göstərir.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.