StomatologiyaStomatologiya

23.11.2019Sağlamlıq məqalələri

Uşaqlar dişlərini fırçalamağa hansı yaşda başlamalıdır?

Uşaqlar dişlərini fırçalamağa hansı yaşda başlamalıdır?

Süd dişləri normal dişlərə nisbətən daha az mineral tərkiblidir, yəni daha çox təbii quruluşludur. Bu səbəbdən də daha asan və sürətlə çürüyürlər.

Körpə 6-8 aylıq ikən (yəni ilk dişlər ağızda göründüyündə) səhər yeməyindən sonra və gecə yatmazdan əvvəl dişləri təmiz bir tənzif və ya cunanı isladaraq silmək, təmizləmək olar. Həkim diş fırçası istifadəsinə isə uşağın arxa dişləri çıxdıqdan sonra (ortalama 2,5 - 3 yaş) başlana biləcəyini deyir.

Məktəbəqədər uşaqlara diş fırçalama texnikası öyrətməkdən çox diş fırçalama vərdişi aşılanmalıdır. Uşaqlar ağızlarında görünən yerləri fırçalamaqla kifayətlənirlər. Ancaq çürüyün yaranmasının qarşısını almaq üçün xüsusilə dişlərin aralarını və çeynəyən dişləri fırçalamaq lazımdır. Buna görə uşağınız dişlərini fırçaladıqdan sonra ana və atalar təmizliyə nəzarət etməlidir.

Diş fırçası necə seçilməlidir?

Uşağa uyğun elastik, yumşaq neylon tüklərdən olan diş fırçası almaq olar. Sərt tüklü fırçalar dişləri təmizləmək üçün uyğun deyil. Vacib məqamlardan biri də köhnələn fırçalardan istifadə edilməməsidir. Ən çoxu 6 aydan bir diş fırçası dəyişdirilməlidir. Səhər yeməyindən sonra və gecə yatmazdan əvvəl dişləri fırçalamaq lazımdır. Lakin uşağa mütləq düzgün diş fırçalama qaydası öyrədilməlidir.

Kiçik yaşlarda qazanılan vərdişlər gələcəkdə də özünü göstərir. 3 yaşa qədər diş pastasından istifadə etmək qadağandır. 3 yaşdan sonra isə diş fırçasının səthi qədər deyil, noxud böyüklüyündə diş pastası uşaqların dişlərini təmizləməsi üçün kifayət edir. İlk dövrlərdə diş pastasının markası vacib deyil. Əsas odur ki, uşaqlar diş fırçalamağı sevsinlər və buna əməl etsinlər.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.