17.12.2019Kampaniya arxivi

Qalxanabənzər Vəzin USM Müayinəsi 21 AZN Tiroid vəzi kiçik endokrin

Arxiv: bu təklif paylaşım tarixində qüvvədə idi. Hazırkı qiymət və şərtlər fərqli ola bilər.

Tiroid vəzi kiçik endokrin orqan olmasına baxmayaraq, insan üçün həyati önəm daşıyan funksiyaları - böyümə və cinsi inkişafı, mübadilə və bədən temperaturunun tənzimlənməsini, sinir sisteminin normal inkişafını idarə edir. Ona görə hər bir insanın tiroid tərəfindən sintez olunan tiroid hormonlarına ömür boyu ehtiyacı var. Hipotireoza ən çox qadınlar arasında rast gəlinir. Xəstələr dərinin quruluğu, saçların tökülməsi, qaşların kənar hissələrinin tökülməsi, dırnaqların laylanması, dərinin sarımtıl rəng alması, şişkinlikdən şikayət edirlər. Şişkinlik, əsasən, göz qapaqlarında, gözlərin altında, bəzən də əllərdə, ayaqlarda və dildə müşahidə olunur. Hipotireozlu xəstə əvəzedici hormonal dərmanını vaxtında və düzgün qəbul edirsə, yuxarıda sadalanan şikayətlər müəyyən müddət ərzində keçir.

Tiroid düyünlərinin 5%-ində xərçəng riski olduğundan düyün aşkarlanan xəstədə başlanğıc olaraq qalxanabənzər vəzinin hormonları yoxlanılmalı və Tiroid USM edilməlidir. Düyünün xərçəng olma riski Tiroid USM ilə yoxlanır, diaqnoz isə biopsiya (İİAB) ilə dəqiqləşdirilir.

Uşaqlarda, hamilə qadınlarda müəyyən edilmiş düyünlər də digər xəstələrin müayinəsindən fərqlənməməlidir.

Hər bir tiroid düyünu olan insan bu düyünlərdə xərçəng olma riskini bilməlidir. Düyün sürətlə böyüyürsə, (Tiroid USM kontrolu altında), nəfəs darlığı, səs qalınlaşması getdikcə artırsa, 20 yaşdan öncə və 60 yaşdan sonra tiroid düyünü yaranırsa, ailədə tiroid xərçəngi faktı olubsa, baş-boyunla bağlı radioterapiya müalicəsi aparılıbsa, bu, diqqətə alınmalı, düyünə səhlənkar yanaşılmamalıdır.

Bizimlə əlaqə saxlayın

Sualınızı yazın və ya xəstəxanaya gəlin.

Heydər Əliyev prospekti 60 D/E/F,
Kəpəz rayonu, Gəncə