19.12.2019Kampaniya arxivi

Anti-HCV 19 AZN Hepatit C virusu (HCV) 6 növ hepatit virusundan

Arxiv: bu təklif paylaşım tarixində qüvvədə idi. Hazırkı qiymət və şərtlər fərqli ola bilər.

Hepatit C virusu (HCV) 6 növ hepatit virusundan (A,B,D,E və G) biridir. HCV bu virusların içərisində ən təhlükəlisi hesab edilir. HCV qaraciyərə gizlincə zərbə vura bilən bir virusdur və onunla yoluxan insanların çoxunda ilk zamanlar heç bir şikayət olmur. Təssüf ki, insanlar əsasən HCV ilə yoluxmanı o zaman bilirlər ki, artıq virus qaraciyəri narahatlıq yarada biləcək səviyyədə zədələmiş olur. Bir çox hallarda isə adi profilaktik "check up" (yoxlama) zamanı HCV təyin olunur. Bəzi insanlarda isə yoluxmaya baxmayaraq virus orqanizmin daxili imkanları hesabına məhv edilir və müayinələr zamanı üzə çıxmır. Zaman keçdikcə Hepatit C virusu tədricən qaraciyər xərcənginə, qaraciyər çatışmazlığına və ya sirroza gətirib çıxara bilər.

Virusa yoluxmuş insanların əksəriyyətində ilkin zamanlar heç bir əlamət olmur. Xəstəliyin ilkin əlamətləri yoluxmadan 7-8 həftə sonra meydana çıxa bilər. Belə hallar az-az rast gəlinir. Yadda saxlayın ki, Hepatit C virusu heç bir əlamət verməsə belə sizin qaraciyərinizi tədricən zədələyir.

Yoluxmadan uzun bir müddətdən (hətta 10 illiklər) sonra xəstəliyin ilkin əlamətləri aşağıdakılar ola bilər: *Ümümi zəiflik, yuxuculluq və iştahasızlıq

*Ürəkbulanma və qusma

*Əzələ və oynaq ağrıları

*Qaraciyər nayihəsində gərginlik

Qaraciyərin daha dərin zədələnmələri zamanı digər şikayətlər də meydana çıxır:

  • *Davamlı və ya arabir dəri və gözlərin saralması
  • *Dəridə qaşınma
  • *Hərarətin yüksəlməsi

Hepatit C virusu tam müalicə edilir. Sadəcə zamanında həkimə müraciət etmək lazımdır.

Bizimlə əlaqə saxlayın

Sualınızı yazın və ya xəstəxanaya gəlin.

Heydər Əliyev prospekti 60 D/E/F,
Kəpəz rayonu, Gəncə