Qərb bölgəsinin ilk və yeganə "aritmiya mərkəzi" aritmoloq, invaziv
Qərb Bölgəsinin İlk Və Yeganə "aritmiya Mərkəzi"
Aritmoloq, İnvaziv Kardioloq Dosent. Dr. Teyyar Gökdeniz.
Aritmiya Nədir?
Aritmiya ürəyin ritminim nizamsızlığıdır, yəni anormal ürək ritmidir.
Bütün yaş dövrlərində aritmiya təsadüf edilir, həmçinin ürəyində heç bir dəyişiklik olmayan uşaqlarda da müşahidə olunur. Ürək döyuntüləri sürətlənir və şəxs ürək çırpıntılarını aydın hiss edir. Həyacanlanma ,yaxud hər hansı fiziki aktivlik zamanı aritmiya xeyli artır. Bəzən ürək döyüntüləri yavaşıyır, yaxud nizamsız olur.
İrsiyyətdə, yəni ailədə aritmiya halının olması insanlarda aritmiya olması ehtimalını artırır.
Aritmiyanın Səbəbləri
Ürək döyüntüləri normada 60-100 döyüntü arasındadır. Xüsüsilə gənclərdə aritmiyaların səbəbi kimi hər hansı bir ürək xəstəliyinin olmasını araşdırmaq lazımdır. Koronar damar xəstəliyi ,urək qapaqlarında yaranan pozğunluq, ürək atışmazlığı incələnməlidir.Bundan başqa dərman qəbulu və dərman asılılığı,energetik içkilər,kofeli içkilərin qəbulu,stres,siqaret çəkmək və s. Aritmiyanın səbəblərindəndir.
Bəzi hallarda aritmiya miokard infaktın yeganə əlaməti ola bilər.
Aritmiyanın Əlamətləri
Ən önəmli əlaməti ürəyin sürətli döyunməsi,halsızlıq,çırpıntı,nəfəs darlığı.Əlamətlər ürəyin xəstəliyinin şiddətindən asılı olaraq dəyişir.Nəbzi sürətlənir,xəstə özunu çox yorğun hiss edir,bu yorğunluğun səbəbi bilinmir.Başgicəllənmə,döş qəfəsində ağrı kimi hallar da ola bilər.
Ağırlaşmalar
Aritmiyalar xəstənin hiss etmədiyi ən yüngül vəziyyətdən ,həyat ucun təhlükəli,yəni ölum verə bilən ən ağır ağırlaşmalar verə bilir.Təcrübədə çox təsadüf etdiyimiz hallardan biri də səyrici aritmiya səbəbindən ürək boşluğunda yaranan trombun böyuk qan dövranına duş6ərək beyin damarların txanması nəticəsində yaranan işemik insultun yaranmasıdir.Səyrici aritmiya olan bütün xəstələrdə insultun profilaktikası unudulmamalı.
Aritmiyaların diaqnostika və müalicəsində kardioloqun nəzəri bilik və təcrübəsinin əhəmiyyəti danılmazdır.


