Süd Vəzi USM 30 AZN Süd vəzilərinin USM-si süd vəzi xəstəliklərinin
Arxiv: bu təklif paylaşım tarixində qüvvədə idi. Hazırkı qiymət və şərtlər fərqli ola bilər.
Süd vəzilərinin USM-si süd vəzi xəstəliklərinin diaqnostikasında müasir,zərərsiz və ağrısız metoddur. USM prosedurası heç bir hazırlıq tələb etmir,döş nahiyyəsində bütün paltarlar soyundurulur və süd vəzinin ölçüsündən asılı olaraq müxtəlif vəziyyətlərdə (uzanıqlı, oturaq, ayaqüstü - bütün hallarda əllər baş arxasında) aparılılr.
Ən çox qarşılaşdığımız süd vəzi problemləri
- Şişkinlik
- Ağrı və həssaslıq
- Axıntı
- Məmə başının içəri doğru çökməsi
- Dəridə dəyişikliklər
Əgər sizdə bu problemlərdən biri varsa mütləq müayinə olunun.
Hazırda qadınların profilaktik məqsədlə ildə 1 dəfə USM keçməsi artıq dünyada qəbul olunub.
USM zamanı rast gəlinən xəstəliklər
1.Mastopatiya-süd vəzi toxumasının xoşxassəli dəyişikliyidir ,əsasən hormonal disbalans zamanı rast gəlinir.
2.Mastit-süd vəzilərinin iltihabi xəstəliyidir,daha çox süd verən analarda rast gəlinir.
3.Süd vəzinin absesi-süd vəzi toxumasında irininin məhdud nahiyyədə
Toplanmasıdır, əsasən mastitdən sonra rast gəlinir.
4.Kista-sağlam toxumada yerləşir,qalın divarlı,maye möhtəviyyatlı olur.
5.Fibroadenoma-süd vəzinin xoşxassəli törəməsidir.
6.Süd vəzi xərçəngi
7.Kişilərdə ginekomastiya-döş vəzinin böyüməsidir,hormonal disbalansın nəticəsində yaranır.