Travmatologiya Və Ortopediya Bölməsi Bölməmiz texnologiyanının son
Travmatologiya Və Ortopediya Bölməsi
Bölməmiz texnologiyanının son avadanlıq və cihazlarından istifadə edərək, xəstəliklərin müalicəsini planlı və məqsədyönlü şəkildə 7/24 saat həyata keçirir. Bölmədə klassik üsullarla yanaşı həmçinin müasir üsullardan olan artroskopiya, endoprotezləşdirmə, intramedulyar və ekstramedulyar osteosintez, boy uzatma, anadangəlmə sümük-əzələ sistemindəki defektlərin rekonstruksiyası əməliyyatları icra olunur.
Göstərilən xidmətlər və əməliyyatlar
- Yuxarı ətraf travmaları (Sümük sınıqlar, yuxarı ətrafların tam və natamam qopması)
- Aşağı ətraf travmaları (Sümük sınıqlar, aşağı ətrafların tam və natamam qopması)
- İdman travmaları ( vətər, bağ qopmaları v.s. )
- Anadangəlmə əyripəncəlik, yastıpəncəlik
- Patellofemoral sindrom
- Böyük və kiçik oynaqların artrodezi (dondurulması)
- Aşağı və yuxarı ətrafların amputasiyası
- Osteomielitin konservativ ve cərrahi müalicəsi
- Yumşaq toxuma və sümükdə bədxassəli şişlərin müalicəsi
- Anadangəlmə yuxarı və aşağı ətrafların qüsurlarının müalicəsi
- Leg Calve Perthes xəstəliyinin müalicəsi
- Uşaq və yetkin insanlarda sınıqların konservativ və cərrahi müalicəsi
- Sümüklərdə qaynamama və ya yalnış bitişmələrin cərrahi müalicəsi
- Oynaq ağrılarının diaqnostikası ve müalicəsi
- Ayaq və daban ağrısının konservativ müalicəsi
- Sinir sıxışmalarının cərrahi müalicəsi
- Diabetik ayaq yaralarının cərrahi yolla müalicəsi
- Skoliozlar
Diz oynağının artroskopiyası ( qopmuş ön çarpaz bağın bərpası, menisk yırtıqları, qığırdaq plastikası, diz qapağının stabilizasiyası v.s. )
Çiyin oynağının artroskopiyası ( subakromial dekompressiya, Bankart əməliyyatı v.s. )
Aşıq - baldır oynağının artroskopiyası
İntramedulyar osteosintez
Ekstramedulyar osteosintez
Diz oynağının endoprotezləşdirilməsi
Əl biləyi cərrahiyyəsi
Əzələ-vətər plastikası
Çarpaz bağ əməliyyatları
Xarici fiksatorla osteosintez
İlizarov üsulu ilə travmaların, sümük defekt və deformasiyaların müalicəsi.
Ətrafların və boyun uzadılması
Endoprotezlər və s.
//gbx.az/
