Varikoz genişlənməsi olanlar nələrə diqqət yetirməlidirlər?
Varikoz genişlənməsi olanlar nələrə diqqət yetirməlidirlər? - İsti damarları genişlətdiyi üçün, həddindən artıq isti duş qəbul etməyin.
Çox yüksək olan dikdaban ayaqqabı geyinməyin.
Uzun müddət eyni vəziyyətdə ayaqüstü qalmamağa çalışın. - Həmişə hərəkətdə olmağa çalışın. Qıçları işlətdiyi üçün üzmə hərəkəti də varikoza xeyirlidir. - Dövran pozuqluqlarına səbəb olduğu üçün dar cins şalvar geyinməyin.
Artıq çəki varikozun artmasına səbəb olacağı üçün çəkinizə diqqət yetirin.
Axşamlar ayaqları soyuq suda yüngül masaj etmək və yatarkən ayaqların yüksəkdə olmasına fikir vermək lazımdır.

