Damar cərrahiyyəsi və flebologiya
Damar Cərrahiyyəsi və Flebologiya bölməmiz venoz və arterial sistem xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası üzrə müasir tibbi xidmətlər təqdim edir. Biz minimal invaziv və cərrahi metodlarla xəstələrimizin damar sağlamlığını qorumağa və həyat keyfiyyətini artırmağa yönəlmişik.
Xidmətlər və müalicə
Yeni xidmət və avadanlıq
- Qonaq: T.E.D., Prof. Məhəmməd Kərimov: Aorta-bifemoral protezlənmə, Periferik arteriyaların autovenoz şuntlanması, Periferik arteriyalardan endarterektomiya, trombembolektomiya, Anadangəlmə angiodisplaziyaların cərrahi korreksiyası, Endovenoz Lazer Ablasiyası, NT-NT əməlıyyatı, Exoscleroterapiya və s
- Skleroterapiya – varikoz və hörümçək damarlarının aradan qaldırılması (Dr. Ümid Mahmudov)
- Ayaq Doppler müayinəsi – damarların keçiriciliyi, venoz qapaqların funksiyası, reflüks və tromboz qiymətləndirilir
- Dr. Ümid Mahmudovun əməliyyatları: Abdominal aorta anevrizmaları zamanı anevrizmektomiya, Aorta-bifemoral protezlənməsi, Periferik arteriyaların autovenoz şuntlanması (bypass), Karotid endarterektomiya, arterioplastika, Periferik arteriyalardan endarterektomiya, trombembolektomiya və s
- Qonaq: damar cərrahı Dr. Nübar İsmayılova: Ayaq Venalarının doppler müayinəsi, Ayaq venalarının varikoz xəstəliyi, Diabetik ayaq sindromu, Xroniki yaralar, Ayaq arteriyalarının müayinəsi, Transkutan oksimetriya
- Varikozun radiofrekans ablasiya ilə müalicəsi; prosedur ortalama 30–60 dəqiqə davam edir
Xidmətlərimizə daxildir
- Varikoz və damar genişlənmələrinin diaqnostikası və müalicəsi
- Venoz çatışmazlıq, dərin ven trombozu və flebitin idarəsi
- Arterial xəstəliklərin diaqnostikası və minimal invaziv müalicəsi
- Endovaskulyar və lazerlə müalicə prosedurları
- Venadaxili və periferik damarların stentlənməsi və angioplastikası
- Pediatrik damar problemlərinin qiymətləndirilməsi və müalicəsi
- Damar cərrahiyyəsi üçün əməliyyat və postoperativ reabilitasiya
Bizim yanaşmamız
- Hər xəstəyə fərdi və təhlükəsiz tibbi yanaşma
- Müasir diaqnostik avadanlıq və beynəlxalq protokollara uyğun müalicə
- Minimal invaziv üsullarla sürətli bərpa və uzunmüddətli nəticə
- Xəstənin damar sağlamlığını qorumaq və komplikasiyaların qarşısını almaq











