Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Gəncə
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Gəncə Beynəlxalq Xəstəxanasının tərəfdaşlığı ilə “Region Gənclərinin 1-ci Tibb Məktəbi Layihəsi” adlı layihə start götürüb. Region gənclərinin tibbi biliklərinin artırılması məqsədi ilə həyata keçirilən layihənin iştirakçıları beş gün ərzində təlimlərə qatılmaqla yanaşı, Gəncə Beynəlxalq Xəstəxanasında təcrübə proqramında iştirak edəcəklər. Gənclər həmçinin xəstəxananın peşəkar həkimləri tərəfindən tibbi biliklərə yiyələnəcəklər.

