"Region Gənclərinin 1-ci Tibb Məktəbi Layihəsi" adlı layihənin
"Region Gənclərinin 1-ci Tibb Məktəbi Layihəsi" adlı layihənin müsahibə mərhələsi yekunlaşdı.
Gəncə şəhərində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Region Gənclərinin 1-ci Tibb Məktəbi Layihəsi” adlı layihənin müsahibə mərhələsi yekunlaşdı.
Azərbaycan Respublikasının Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olan layihənin qeydiyyat mərhələsində ümumilikdə 300-ə yaxın gəncin müraciəti qeydə alındı.
Məlumat üçün bildirək ki, 24-28 tarixlərdə, saat 13:00-da layihə çərçivəsində Yeni Azərbaycan Partiyasının Gəncə şəhər Təşkilatının binasında, müxtəlif mövzularda təlimlər keçiriləcək, sonda iştirakçılar sertifikat ilə təltif olunacaqlar. Həmçinin, layihənin davamlılığının təmin olunması məqsədilə fəallığı ilə seçilən layihə iştirakçıları Gəncə Beynəlxalq Xəstəxanasında təcrübə proqramında iştirak edəcəklər.
Layihə rəhbəri - Ruslan Vəliyev
Gəncə Beynəlxalq Xəstəxanasının PR və Marketinq Departamentinin rəhbəri - Leyla Məmmədova

