Dırnaqlarınız ciddi xəstəliklərdən və yaxud sağlamlıq problemləriniz
Dırnaqlarınız ciddi xəstəliklərdən və yaxud sağlamlıq problemləriniz haqqında önəmli siqnallar verir. Odur ki, dırnaqlarda əyriliyə, qırıqlara, girinti və çıxıntılara baxın. Əgər dırnaqlarınız tez qırılarsa, qalınlığını yoxlayın. Dırnağın, altındakı və ətrafındakı dərinin rənginə də baxın. Çünki ağciyərdən ürəyə, hepatitdən bağırsaq xəstəliklərinə, hətta QİÇS-ə qədər bir çox xəstəliyin ikin əlamətləri özünü dırnaqlarda göstərir.
Dırnaqlardakı problemlər xəstəliklərin ilkin əlamətləridir, əgər dırnaqlarda ciddi dəyişiklik varsa, mütləq həkim nəzarətindən keçmək lazımdır.

