Kök olan və arıqlaya bilməyənlər mütləq aşağıdakı müayinələrdən
Kök olan və arıqlaya bilməyənlər mütləq aşağıdakı müayinələrdən keçməlidirlər!
Bütün kök insanlar çəkilərini azaltmaq istəyir. Bəzən də elələri olur ki, aylarla pəhriz saxlamaqlarına baxmayaraq onların çəkiləri durmadan artır. Bu cür insanların kökəlmələrinin səbəbi onların qəbul etdikləri qidaların miqdarından asılı olmur. Bunun səbəbi hormonal və ya mübadilə pozğunluğu da ola bilər.
Arıqlamaq istəyən adamlar kökəlmələrinin səbəbini araşdırmaq üçün mütləq aşağıdak müayinələrdən keçməlidirlər:
Triotrop hormonu
Qanda qlükozanın miqdarı
İnsulin
Estradiol
Kortizol
Testosteron
Follikulları stimulyasiya edici və lütein hormonu
Bu hormonların normada olmaması kökəlməyə səbəb olur. Bu zaman arıqlamaq mümkünsüz hal alır. Hormonlar səbəbli kökəlməni hormonal müalicə aparmaqla qarşısını almaq olur.

