Təcili tibbi yardımTəcili tibbi yardım

16.03.2020Tədbirlər və layihələr

Ünvanlanan çoxsaylı suallarınıza əsasən, diqqətinizə çatdırmaq istəyirik ki,…

Ünvanlanan çoxsaylı suallarınıza əsasən, diqqətinizə çatdırmaq istəyirik ki, hal-hazırda Gəncə Beynəlxalq Xəstəxanası adi iş rejimində fəaliyyət göstərir.

Xəstəxanamızda Koronavirus (COVİD - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Xəstəxanada həmçinin, hər gün zəruri profilaktik tədbirlər və dezinfeksiya işləri də mütəmadi xarakter daşıyır, sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır. Virusa yoluxma hallarının qarşısının alınması və bu sahədə aparılan müvafiq tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə xəstəxananın tibb heyəti və pasientlər antiseptik məhlullar və lazımi profilaktik vasitələrlə təmin olunurlar.

Xəstəxananın həkimləri hər bir kəsə gündəlik gigiyena qaydalarına düzgün əməl etməyi, əhalinin sıx olduğu məkanlarda gigiyena qaydalarına ciddi riayət etməyi tövsiyə edirlər. Özündə qrip xəstəliyinin simptomlarını (qızdırma və öskürək, əzginlik, təngnəfəslik, diareya) müşayiət edən hər bir şəxs ilk növbədə yataq və istirahət rejiminə keçməli, zəruri olduğu halda ictimaiyyət arasına çıxdıqda qoruyucu maska taxmalı, qızdırmanız varsa, öskürürsünüzsə və nəfəs almaqda çətinlik çəkirsinizsə, həkim müayinəsinin evdə təşkili üçün təcili tibbi yardımın 103 çağrı mərkəzinə dərhal müraciət edilməlidir!

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.