XəstəxanaXəstəxana

01.04.2020Sağlamlıq məqalələri

Uşaqları koronavirusdan qoruyaq

Uşaqları Koronavirusdan Qoruyaq!

Koronavirus epidemiyası dövründə uşaqların digər insanlarla təmasları mümkün qədər məhdudlaşdırılmalı, yoluxma riskini minimuma endirmək üçün onlar evdə qalmalıdırlar.

Evin və evdə olan əşyaların dezinfeksiyasına diqqət yetirilməlidir.

Otaqların havası mütəmadi olaraq dəyişilməli, gündə ən azı bir dəfə dezinfeksiyaedici vasitələrin istifadəsi ilə nəm təmizlənmə aparılmalıdır.

Evə gətirilən məhsulların qablaşdırılmasının da dezinfeksiyasına diqqət yetirilməlidir.

Uşağa əli ilə üzünə toxunmaması izah edilməlidir. Bundan əlavə, azyaşlıların qapı tutacaqlarına, məhəccərlərə, divarlara və lift düymələrinə toxunmaması təmin edilməlidir.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.