Gülün ki, sağlam olasınız
Gülün Ki, Sağlam Olasınız!
1 Aprel Ümumdünya Gülüş Günüdür.
Gülüş insanın sevincini, xoşbəxtliyini, sevgisini ifadə edən bir emosiyadır. İnsan kədərlənəndə gülə bilmir, hətta ən gülməli hadisə belə ona təbəssüm bəxş etmir. İnsanın qəlbi gülərkən, gözləri, siması da gülür. Gülüş insanın sağlamlığına, psixoloji durumuna, mənəvi dünyasına bilavasitə müsbət təsir göstərir. Gülüş insan ömrünü uzatmağa qadirdir. Hətta tədqiqatçıların fikrincə, gülüşlə bəzi ürək xəstəliklərinin qarşısını almaq mümkündür. 30 dəqiqəlik gülüş insan ömrünü illərlə, hətta on illərlə uzada bilər.
Mənalı gülüş hər kəsə yaraşır. Viktor Hüqo deyirdi ki, "Gülüş - Günəşdir. O insanın üzündən qışı qovur"
Koronavirus infeksiyasının yer üzünə bəlalar səpdiyi, ölkəmizin karantin rejiminə məcbur olduğu bir vaxtda gülüşə daha çox ehtiyacımız var. Həqiqətən də gülüş insan həyatında çox əhəmiyyətlidir.

