7/24 saat fəaliyyət göstərən Stasionar Bölmənin palataları, müasir
7/24 saat fəaliyyət göstərən Stasionar Bölmənin palataları, müasir tibbi təlabatlara və dünya standartlara uyğun təşkil edilməklə yanaşı, yüksək səviyyəli interyerə malikdirlər. Palatalarda sanitariya və gigiyenik qaydalara yüksək səviyyədə əməl olunur.
Xəstəxananın xüsusi yeməkxanası var. Yeməkxana xəstələrə də qulluq göstərir. Beynəlxalq standartlara uyğun tərtib olunmuş pəhriz stolları xəstənin keçirmiş olduğu əməliyyatlara uyğun olaraq hər bir xəstəyə individual olaraq təyin olunur.
Xəstə yanına gəlmiş şəxslər üçün müəyyən edilmiş vaxt: I-VII günlər saat 16:00-17:00-dək

