Uşaqlıq Boynu Eroziyası – bu zaman uşaqlıq boynunun uşaqlıq yolu
Uşaqlıq Boynu Eroziyası – bu zaman uşaqlıq boynunun uşaqlıq yolu hissəsində selikli qişanın tamlığının pozulması baş verir. İstənilən yaşda baş verə bilər və diqqətli müayinə, müalicə tələb edir.
Yaranma səbəbləri
- Erkən cinsi həyat, yeniyetməlik dövründə hamiləlik və doğuş
- Travmatik təsir (tibbi müdaxilələr, abortlar, ağırlaşmış doğuşlar)
- Cinsi yolla keçən infeksiyalara yoluxma zamanı
- Hormonal disbalans, hormonal preparatların ve kontraseptivlerin qeyri-düzgün qəbulu
- İmmundefisit veziyyətlər və s
Diaqnostika
- 1. Ginekoloji müayinə
2. Cinsi yolla yoluxan infeksiyaların müayinəsi (xlamidiya, ureoplasma, mikoplazma, insan papillomavirusu, herpes)
3. Kolposkopiya – uşaqlıq boynunun optik cihazla baxışıdır. Bu cihaz vasitəsi ilə uşaqlıq boynunu dəfələrlə böyüdüb patoloji sahələri daha dəqiq müəyyən etmək olur. Kolposkopiya ağrısız prosedurdur.
Uşaqlıq boynunun sitoloji müayinəsi – onkositologiya.
5. Uşaqlıq boynunun biopsiyası – bu zaman patoloji sahədən toxuma götürülür. Biopsiya kolposkop müayinəsi altında götürülür. Biopsiya son nəticənin qoyulmasında əsas rol oynayır.
Uşaqlıq boynu eroziyasının müalicəsi
1. İltihab əleyhinə, hormonal preparatlar, lazım olduqda antibakterial və virusəleyhinə preparatlar təyin edilir (yaranma səbəbinə əsasən). Kompleks müalicəyə immunstimulyatorlar da əlavə oluna bilər.
2. Kimyəvi koaqulyasiya – uşaqlıq boynunu xüsusi koaqulyasiya verən preparatlarla işlənməsi. Məsələn-“solkovagin”(orqanik turşudur)
3. Kriodestruksiya – eroziya sahəsi mayeli azotla işlənilir, sağlam toxumaya qədər “dondurulur”
4. Lazerkoaqulyasiya – eroziya sahəsinə cərrahi lazer şüalarının birbaşa təsir nəticəsində sağlam toxumaya qədər işlənməsidir. Bu zaman uşaqlıq boynunda yanıq, travma, çapıq yaranmır.
Radiodalğa cərrahiyəsi
6. Uşaqlıq boynunun konizasiyası – daha dərin proseslərdə bu metoddan istifadə olunur. Adi skalpellə, elektrik petlə ilə (elektrokonizasiya), lazerlə (lazerkonizasiya) həyata keçirilir.
Profilaktika
İldə 1 dəfə ginekoloq müayinəsində olmaq
Sidik-cinsiyyət sisteminin istənilən iltihabi prosesinin vaxtında müalicəsi.
İldə 1 dəfə sitoloji analiz.
