Endokrinologiya

26.08.2021Sağlamlıq məqalələri

D vitamini insanın sağlamlığı üçün ən vacib vitaminlərdən biridir

D vitamini insanın sağlamlığı üçün ən vacib vitaminlərdən biridir.

D vitamini günəş şüalarının təsirindən orqanizmdə (dəridə) sintez olunur. D vitamini kalsiumun orqanizmdə sovrulmasına və sümük toxumasının hüceyrələrinə daxil olmasına kömək edir. Kalsium bizim sümüklərimizin əsas "tikinti materialıdır". Beləliklə, D vitamini sümüklərimizi möhkər edir. Bu vitaminin çatışmazlığı isə sümüklərin daha kövrək və zəif olmasına səbəb olur.

⏬Vitamin D defisitinin səbəbləri

  • D vitamini ilə zəngin qidalardan istifadə etməmək
  • D vitamininin metabolizminin olmaması
  • Genetik xəstəliklər
  • Günəş işığında yetərli zaman keçirməmək

Hamiləlik və əmizdirmə dövründə qadın orqanizmində vitamin D-ə tələbat yüksələrək, defisit müşahidə oluna bilər və s

⏬Vitamin D defisitinin simptomları

  • Osteomalyasiya adlanan yetkinlik dövründə yaranan sümük xəstəliyi
  • Sümük və əzələ ağrıları ,sümüklərin tez qırılması
  • Sümük metabolizminin inkişaf etməməsi
  • Yuxu pozğunluqları
  • Günün bütün saatlarında xroniki yorğunluq

Əhval-ruhiyyənin dəyişkən olması.

Körpələrdə və uşaqlarda əzələlərdə zəiflik və sümük deformasiyasına səbəb olan raxitlik

İmmunitetin yaxşı işləməməsi nəticəsində xəstəliklərlə mübarizənin zəifləməsi

Artıq çəkililik

Alzeimer xəstəliyinə səbəb yaradır və s.

⏬Vidaminin D-nin diaqnostikası

Venoz qanda Vitamin D-nin müayinəsinə əsaslanır.

Müayinəni aparan Həkimlər

  • Həkim Endokrinoloq – Dr.Şəhla Verdiyeva
  • Daxili Xəstəliklər Uzmanı – Uzm.Dr.Amil Rəhimli

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.