mədənin selikli qişasının iltihabı olub, uşaqlar arasında təsadüf
mədənin selikli qişasının iltihabı olub, uşaqlar arasında təsadüf edilən xəstəliklər içərisində görmə orqanları xəstəliklərindən sonra ikinci yeri tutur.
Əksər hallarda qastritin törədicisi “helikobakter Pilori” bakteriyası olur.
Qastritin inkişafına təsir göstərən bir neçə amil var.
Ən başlıcası qeyri-düzgün və vaxtsız qidalanmadır. Ac qalma, yeməklər arasında fasilənin çox olması, quru yeməklər, kəskin-acı, qızardılmış, hisə verilmiş, konservləşdirilmiş və s. bu kimi məhsullarla qidalanma da bu faktorlara aiddir. Streslər, uşaqda daxili diskomfort (tənhalıq, yalqızlıq hissi, valideynlər arasında olan pis münasibətlər) halları da Qastritin inkişafına təkan verə bilər.
⏬Qastrit xəstəliyi üçün xarakterik olan simptomlar
- Qida qəbulu zamanı qarının yuxarı hissəsində yaranan və ya yoxa çıxan güclü ağrılar;
- Gəyirmə;
- Ürəkbulanma;
- Qusma;
- Meteorizm;
- Sürətli çəki itkisi;
- Ağızdan qıcqırmış pis iyin gəlməsi;
İştahasızlıq əlamətləri və s.
⏬Qastritin müalicə üsulunu müəyyən etmək üçün Həkim-Qastroenteroloq aşağıdakı müayinələrdən birini təyin edə bilər:
Mədənin ultrasəs müayinəsi;
Ezofaqoqastroduodenoskopiya (qastroskopun köməyi ilə mədənin müayinəsi);
Mədənin selikli qişasının biopsiyası;
Mədə sekresiyasının müayinəsi;
Klinik qan analizi;
Qarın boşluğunun rentgenoqrafiyası və s.
⏬Qastritin müalicəsi özünə aşağıdakıları daxil edir
- Xüsusi pəhrizə riayət etmə;
- Mədədə turşuluğu normallaşdıran dərman preparatları;
- Mədənin selikli qişasını bərpa edən preparatlar;
Antibakterial terapiya və s.
Qastritin təhlükəsi.
Qastritin ağırlaşmasının müalicəsinə vaxtında başlanılmasa, bu xəstəliyin xroniki formasının inkişafına və aşağıda göstərilən ağırlaşmalara gətirib çıxaracaq:
Mədə qanaxmaları;
Mədə xorası.
İlk simptomlar əmələ gələn kimi tez bir zamanda Həkimə müraciət etmək məsləhətdir!

