Oftalmologiya

21.07.2021Sağlamlıq məqalələri

Göz yorğunluğu, yəni tibbi adı – funksional xarakterli görmə

Göz yorğunluğu, yəni tibbi adı – funksional xarakterli görmə pozğunluğudur. Bu patoloji vəziyyət zehni fəaliyyətlə məşğul olarkən gözlərin tez yorulması ilə müşayiət edilir.

Astenopiya əlamətləri

Göz ağrısı

Bulanıq görmə

Göz sulanması

Göz quruması

İşıq həssaslığı

Görmənin itiliyinin pozulması

Göz altında gərginliyin olması və s.

Astenopiyanın müalicəsi kompleks şəklində aparılır. Müalicə zamanı eynəklər vasitəsilə refraksiya anomaliyaları korreksiya edilir.

Kitab oxuyursunuzsa kitab və gözünüz arasındakı məsafə 35 sm qədər olmalıdır.

Əgər davamlı Sabir bir nöqtəyə baxaraq iş görürsünüzsə bəzən gözlərinizi otaqda yerləşən ən uzaq nöqtəyə möhkəmləndirərək göz sinirlərinizi istirahət etdirin. 30-45 dəqiqə fasilə verərək uzağa baxın.

Göz damcıları ilə gözlərinizi nəmləndirərək göz yorğunluğuna bağlı olan şikayətlərinizi azalda bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.