Endokrinologiya

16.08.2021Sağlamlıq məqalələri

Hormonlar - daxili sekresiya vəziləri tərəfindən (hipofiz, qalxanvari

Hormonlar - daxili sekresiya vəziləri tərəfindən (hipofiz, qalxanvari vəz, böyrəküstü vəzilər, yumurtalıqlar) hazırlanan, yüksək aktivliyi olan maddələrdir. Hormonlar insan orqanizmində gedən bir çox proseslərin idarə olunmasında iştirak edirlər. Hormonlar qadın cinsi sistemində yumurta hüceyrəsinin yetişməsini, ovulyasiyanı, embrionun implantasiyasını, menstruasiyanı idarə edirlər. Sonsuzluğun ən çox təsadüf edilən səbəblərindən biri də qadın orqanizmində olan hormonal pozğunluqlardır. Orqanizm tərəfindən hazırlanan hormonların, demək olar ki, hamısı cinsi funksiyalara təsir edirlər. Məhz buna görə, hər hansı bir hormonun və ya bir neçə hormonun istehsal olunmasında pozğunluq baş verdikdə, qadında sonsuzluq inkişaf edə bilər. Bunu nəzərə alaraq, sonsuzluğa görə müalicə alan bütün qadınlara hormonal fonun müayinələri - həm qadın hormonları, həm də qalxanvari vəzi hormonları təyin olunur.

Bundan başqa, onu da bilmək lazımdır ki, qadının dərialtı piy təbəqəsi də qadın cinsi hormonları ifraz edir. Bunun nəticəsində, qadının bədən çəkisinin həddən artıq aşağı və ya artıq olması hormonal tarazlığın pozulmasına (aybaşı tsiklinin, ovulyasiyanın pozulması) və son nəticədə isə sonsuzluğa səbəb ola bilər. Belə hallarda həkimlər, çəkinin normallaşdırılması məqsədi ilə qadınlara pəhriz saxlamaq, müvafiq dərman preparatları qəbul etmək, idman hərəkətləri ilə məşğul olmaq və s. məsləhətlər görürlər. Çəkinin normallaşdığı halda, pozulmuş hormonal tarazlıq, həmçinin qadının dölyaratma funksiyası da, adətən, bərpa olunur.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.