Ginekologiya

13.08.2021Sağlamlıq məqalələri

Bir çox qadınlarda menstruasiya (aybaşı) bu və ya digər xəstəlik

Bir çox qadınlarda menstruasiya (aybaşı) bu və ya digər xəstəlik hissiyyatları ilə keçir.

Bu halı həkimlər menstruasiya önü sindromu (menstruasiyadan əvvəl qadın orqanizmində olan pozğunluqlar) və alqodismenoreya (ağrılı aybaşı) kimi adlandırırlar.

Birinci halda aybaşı başlamazdan bir neçə gün əvvəl qarının aşağı hissəsində ara verməyən ağrılar, tezləşmiş sidik ifrazı hissiyyatı, ümumi hal-əhvalın pisləşməsi, süd vəzilərinin mümkün ola biləcək gərginləşməsi, baş ağrıları, başgicəllənmə, bayılmalar (özündəngetmələr), depressiya və bir çox digər narahatedici əlamətlər əmələ gəlir.

Aybaşı başlayandan sonra bu narahatlıqlar ya keçib gedir və ya arta bilərlər. Alqodismenoreya zamanı qadında qarının aşağı hissəsində ağrı, ürəkbulanma, qusma, başgicəllənmə, baş ağrıları, ümumi zəiflik, bəzən isə huşun itirilməsi (bayılma) kimi əlamətlər olur. Bir sıra qadınlarda bu əlamətlər tez bir zamanda keçib getsə də, digərlərində menstruasiyanın sonuna qədər saxlanmış olur.

Əlbəttə ki, aybaşı (menstruasiya) zamanı olan ağrılar uşaqlığın müxtəlif patoloji xəstəliklərində - endometrioz (uşaqlığın selikli qişasının iltihabı), uşaqlıqda daxili çapıqların olması, uşaqlığın formasının düzgün olmaması, uşaqlığın mioması və s. bu kimi patoloji hallarda da baş verə bilər. Məhz buna görə aybaşı dövründə, kəskin ağrılar hiss edildiyi halda mütləq müraciət etmək lazımdır.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.