Laboratoriya

27.11.2021Kampaniya arxivi

Kardioloji Check-UP Paketi (Stress Test İlə) 8⃣0⃣AZN

Arxiv: bu təklif paylaşım tarixində qüvvədə idi. Hazırkı qiymət və şərtlər fərqli ola bilər.

Stress Test Nədir?

Bəzən sakit halda çəkilən Elektrokardioqramma (EKQ) yetərsiz olur. Bu zaman xəstəyə xüsusi yük verməklə yəni fiziki aktivliyini artırmaqla EKQ çəkilir. Bu üsul Tredmil Test və ya Stress test adlanır. Bu müayinə zamanı müşahidəçi həkim kardioloq və tibb bacısı olur.

⏬Stress Test aşağıdakı hallarda istifadə olunur:

  • Ürək xəstəliklərinə şübə olan amma EKQ-si normal olan atipik xəstələr
  • Bəzi ürək-qapaq xəstəliklərinin qiymətləndirilməsi

Ürəyin ritm pozulmalarında fiziki aktivliyin təsirini müşahidə etmək və s.

Xəstənın Hazırlığı

Xəstə qaçış üçün uyğun olan rahat geyimdə olmalıdır.

Test Necə Edilir

Testdən öncə xəstənin döş qəfəsinə elektrodlar yerləşdirilir və necə yeriyəcəyi izah olunur. Test sırasında cihazın sürəti yaşa görə tənzimlənir. Maksimim ürək döyünməsi zamanı EKQ təqib edilir. Alınan nəticələr mütəxəssis Həkim Kardioloqa gondərilir.

Bizimlə əlaqə saxlayın

Sualınızı yazın və ya xəstəxanaya gəlin.

Heydər Əliyev prospekti 60 D/E/F,
Kəpəz rayonu, Gəncə