Sink(Zn), insan bədənindəki 300-dən çox müxtəlif fermentin düzgün işləməsi üçün lazım…
Arxiv: bu təklif paylaşım tarixində qüvvədə idi. Hazırkı qiymət və şərtlər fərqli ola bilər.
Sink(Zn), insan bədənindəki 300-dən çox müxtəlif fermentin düzgün işləməsi üçün lazım olan bir mineraldır.
Sağlam bir insanın bədənində cəmi 2 və ya 3 qram sink var. Digər tərəfdən, bədənimizdə Sink(Zn) ifraz edən orqanlar tüpürcək vəzi, pankreas və prostat vəzidir.
Hüceyrə sağlamlığından həyati zülalların istehsalına qədər bir çox bədən fəaliyyəti üçün zəruri olan sink, immun sistemini tarazlaşdırmaq baxımından da əhəmiyyətlidir. Həm ağ, həm də qırmızı qan hüceyrələrinin quruluşunda iştirak edən Sink(Zn) adətən bədənin ən davamlı əzələlərinin quruluşunda yer alır.
Bundan əlavə, Sink(Zn) dəri, böyrək sağlamlığı, gözdəki retina, qaraciyər, mədəaltı vəzi və sümük sağlamlığı baxımından vacibdir və bu orqanların toxumalarında tapılır.
COVID-ə qarşı mübarizədə, ümumiyyətlə, immunitetin gücləndirilmədi üçün Sink(Zn) preparatları da tövsiyə olunur. Koronavirusa yoluxan, xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirən vətəndaşlara evdə müalicə almaq üçün dövlət tərəfindən dərman preparatları arasında Sink(Zn) preparatı da var.
⏬Sink çatışmazlığının əlamətləri
Bədəndəki yaraların gec sağalması
Zəif immun sistemi
Yavaş böyümə və inkişaf
Saç tökülməsi
Dad və qoxu hisslərinin pozulması
Xroniki yorğunluq
Daimi ishal problemi
Dırnaqlarda ağ nöqtələr
Anemiya xəstəliyi
Sızanaq və səpkilərin əmələ gəlməsi
Dəri quruluğu və s.
Qeyd: Xəstəxanamızın laboratoriyasında Sinkin(Zn) çatışmazlığının təyini ən son metodlarla aparılır və lazım gəldikdə Həkim mütəxəssislərimiz tərəfindən məsləhətlər və müalicə təyin olunur.