Dermatovenerologiya

10.08.2021Sağlamlıq məqalələri

Saç mezoterapiyası saç tökülməsi zamanı tətbiq edilən üsullardan

Saç mezoterapiyası saç tökülməsi zamanı tətbiq edilən üsullardan biridir. Mezoterapiya problemli bölgədə dərinin orta qatına mikroiynələr vasitəsilə bəzi dərmanların yeridilməsidir. Bu məqsədlə dəri probleminə uyğun olaraq vitaminlər, minerallar, amin turşuları, antioksidantlar və digər tərkibli özəl dərman kokteylləri hazırlanır.

Mezo preparatları saç dərisinə tətbiq edilən zaman saç hüceyrələrinə xəbərdarlıq göndərilir və həmin bölgədəki toxumaların yenidən normal funksiyalarına qovuşmasına imkan yaradır. İnjektə ediləcək maddələrin tərkib hissəsi insana və səbəbə uyğun olaraq dəyişir.

Tətbiqin edildiyi gün saçlar yuyulmaz. Saç mezoterapiya tətbiqinin hər hansı bir yan təsiri yoxdur. Saçların 3-cü seansdan sonra tökülməsi azalır.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.