Endokrinologiya

25.09.2021Sağlamlıq məqalələri

Səhər yorğun oyanmaq, gün ərzində halsızlıq, iş görməyə həvəsin

Səhər yorğun oyanmaq, gün ərzində halsızlıq, iş görməyə həvəsin olmaması əslində adi hal yox, ciddi xəstəliklərin xəbərçisi ola bilər.

Özünüzü yorğun hiss etməyinizin əsas Səbəbləri:

Anemiya: Tez-tez yorğun hiss etmək, halsızlıq, yuxuya getməkdə çətinlik, sürətli ürək döyüntüsü, sinə, baş ağrıları və nəfəs darlığı kimi əlamətlər anemiyaya işarə edir.

Tiroid Xəstəliyi: Həddindən artıq tiroid hormonu metabolizmanı sürətləndirir, azı isə yavaşladır. Hər iki halda yorğunluq, gücsüzlük və əzələ ağrıları olur.

TİP-2 Diabet: Orqanizmin işləməsini təmin edən qlükoza düzgün istifadə edilmədiyində və qanda yığılması (tip-2 diabet olaraq adlandırılan durumdur); enerji əksikliyi və yorğunluğu da özü ilə gətirir. Susuzlamaq, tez-tez idrara çıxmaq, aclıq, kilo itirmək, əsəbilik, bulanıq görmə də əlamətlər arasında yer alır.

Depressiya: İki həftədən daha uzun davam edən; yorğunluq və ya enerji itirməsi, çox az və ya çox yatmaq, ani kilo itirmək və ya kilo almaq, əsəbilik, baş ağrısı, xroniki ağrı kimi durumlarda mütləq bir mütəxəssisdən kömək alın.

Yuxu Apnesi: Yuxuda nəfəs kəsilməsi olaraq bilinən yuxu apnesi beynin REM yuxusuna keçişinin qarşısını alar. Yuxu apnesi olan insanlar gecədə dəfələrlə nəfəs almağı buraxa bilər. Xoruldamaq və tez-tez yuxudan oyanmaq yuxu apnesinin əlamətləridir.

B12 Çatışmazlığı: Yetərli B12 vitamini almaq beyin sağlamlığı, immun sistemi və metabolizma üçün çox önəmlidir. Yorğunluqdan başqa, əllərdə və ayaqlarda uyuşma, baş fırlanması, görmə problemləri B12 əksikliyidir.

Həkimə nə zaman müraciət olunmalıdır?

Əgər yorğunluq keçib getmirsə və xroniki hal alıbsa, o zaman həkimə müraciət edilməlidir.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.