Oftalmologiya

29.09.2021Sağlamlıq məqalələri

Erkən göz müayinəsi önəmlidir

Erkən Göz Müayinəsi Önəmlidir!

Gözlər dünyanın gözəlliklərini bizə göstərən, bizi həyatla bağlayan, öyrənmə və qavrama qabiliyyətimizin 85%-ni bizə bəxş edən, və beyindən sonra ən mürəkkəb, ən əhəmiyyətli orqanımızdır. Sağlam və xoşbəxt həyat üçün mütəmadi olaraq hərtərəfli göz müayinəsindən keçmək lazımdır!

Bütün göz xəstəliklərinin uğurlu müalicəsi üçün əsas şərt . Dəqiq diaqnoz isə, yüksək texnologiyaların köməyi ilə hərtərəfli müayinə ilə mümkündür. Gözlə bağlı hər hansı bir şikayət olmasa belə mümkün riskləri aşkarlamaq üçün ekspertlər uşaqlarda 1, 3 və 5 yaşında, böyüklərdə isə ildə bir dəfə göz müayinəsini tövsiyə edirlər. Doğum anında edilən göz müayinəsi böyüklərdən fərqli olaraq xarici göz müayinəsi anadangəlmə anomaliyaların ortaya çıxarılmasında böyük rol oynayır.

⏬Hərtərəfli göz müayinəsi, göz xəstəliklərindən başqa bir çox həyat üçün təhlükəli xəstəlikləri erkən mərhələdə diaqnozuna kömək edir.

Şəkər xəstəliyi

Beyin şişləri

AIDS

Alzaymer xəstəliyi

Qan xəstəlikləri

Ürək xəstəlikləri

Metabolizm xəstəlikləri

Parkinson xəstəliyi

Süd vəzisi, ağciyər, prostat, qan, yumurtalıq xərçəngi xəstəliyi

Müntəzəm göz müayinələri xırda narahatlıqların ciddi problemlərə çevrilmədən qarşısının alınmasına şərait yaradar.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.