Ateroskleroz xəstəliyi zamanı damarlarda xolesterol yığılır, damarlar
Ateroskleroz xəstəliyi zamanı damarlarda xolesterol yığılır, damarlar daralır, tıxanır. Nəticədə qan dövranı kəskin pisləşir, damarın yırtılması, damarda trombların (qan laxtası) əmələ gəlməsinin riski artır. Bütün bunlar isə ürək və damar xəstəliklərinə, ən ağır hallarda insult və infarkta gətirib çıxardır.
⏬Damarların tıxanması illər ərzində və demək olar simptomsuz inkişaf edir. Tıxanmış damarın harada yerləşdiyindən asılı olaraq (baş-boyun, ürək, aşağı ətraflar və s.) bu kimi simptomlar meydana çıxa bilər:
Başgicəllənməsi
Səbəbsiz yorğunluq
Diqqətin və yaddaşın zəifləməsi
Ürək nahiyəsində ağrılar və sıxılma hissi
Yerimə zamanı sağrı, omba, baldır nahiyəsində ağrılar, axsama və s.
⏬Aterosklerozun səbəbləri
- Genetik meyillilik
- Diabet - Siqaret
- Artıq çəki
- Xolesterin
- Hipertenziya
İdman etməmək - Oturaq həyat tərzi və s.
Aterosklerozdan qorunmaq üçün sağlam qidalanma, mütəmadi idmanla məşğul olmaq, siqaret kimi və sairə zərərli vərdişlərdən uzaq olmaq vacibdir! Mütəmadi Həkim müayinəsində olmaqla ola biləcək fəsadlardan qorunmaq mümkündür!
Sağlamlığınız, ilk növbədə, öz əlinizdədir..

