Gəncə Beynəlxalq Xəstəxanasının əməkdaşları üçün “İnzibati İşlər Üzrə
Gəncə Beynəlxalq Xəstəxanasının əməkdaşları üçün “İnzibati İşlər Üzrə Şöbə”-in rəhbəri Səbuhi Bəhdəmirov tərəfindən “Xəstə ilə ünsiyyət və davranış”, “Emosional zəka nədir?”, “Öz emosiyalarının dərk edilməsi”, “Emosiyaların idarə olunması”, “Başqalarının emosiyalarının dərk edilməsi. Empatiya”, “Başqalarının emosiyalarını idarəetmə” kimi fərqli mövzular üzrə təlim keçirilmişdir.
Təlim mövzularına uyğun olaraq təlim iştirakçıları ilə fərdi və qrup işləri (workshop) təşkil olunub, rol oyunları oynanılıb, iştirakçılar üçün aktual olan konkret hadisə və vəziyyətlər müzakirə olunub, bədən dilini oxumaq üçün müxtəlif məşqlər və testlər edilib.

