Hematologiya

27.08.2022Sağlamlıq məqalələri

insan qanının vacib maddələrindən biridir

insan qanının vacib maddələrindən biridir. O, hemoqlobinin yaradılmasında iştirak edir. qırmızı qan hüceyrələrinin tərkib hissəsi olaraq, oksigeni orqanizmin bütün toxumalarına çatdırır. Beləliklə dəmir çatışmamazlığı qanın qırmızı hüceyrələrinin azalmasına səbəb olur. Bu da hemoqlabinin səviyyəsinin düşməsinə və toxumaların lazmi miqdarda oksigen ala bilməməsinə gətirib cıxarır. Bu vəziyyətə dəmir defisitli anemiya deyilir.

Dəmir Defisitli Anemiya - dəmirin orqanizmimizə daxil olmasının, mənimsənilməsinin pozulması və ya xəstəliklər səbəbindən itirilməsi nəticəsində hemoqlobinin qanda normal səviyyəsinin azalması deməkdir.

Normada hemoqlobinin qanda səviyyəsi

  • Qadınlarda: 120-140 q/l
  • Kişilərdə: 130-160 q/l
  • Uşaqlarda: 1-6 yaş - 110 q/l-dən yuxarı
  • 6 yaşdan yuxarı: 120 q/l-dən yuxarı
  • Əsas əlamətləri
  • Süstlük
  • Tez yorulma
  • Yuxululuq
  • Başgicəllənmə
  • Dad hissinin qarışması
  • Dəri örtüyünün solğunluğu
  • Dərinin quruluğu
  • Ağız bucaqlarında çatlar
  • Dilin selikli qişasının hamarlaşması
  • Saçların qırılması və tökülməsi

Ürək döyünmə hissi və s.

Uşaqlarınızda bəzi əlamətlərə xüsusilə fikir verməlisiniz

  • İştahanın azalması
  • Tez tez soyuqlama
  • Yaşıdları ilə müqayisədə fiziki,əqli və psixi inkişafdan geri qalma

İshal, qəbizlik və s.

⬇Müalicə

Dəmir defisitli anemiya zamanı həkim, qida rasionuna tərkibi dəmirlə zəngin olan ərzaq növlərinin daxil etməyi tövsiyyə edir. Bu, birinci növbədə, ət məhsulları, toyuq əti, yumurta, bütün yarma növləridir. Dəmir həmçinin noxud, lobya, yulaf yarması, qara gavalı, kişmiş, şokolad, qoz, əncir və nar kimi ərzaqlarında tərkibinə daxildir.

Lakin yadda saxlayın ki ,dəmir defisitli anemiyanı yalnız düzgün pəhriz hesabına müalicə etmək mümkün deyil!

Dəmir defisitli anemiyanin müalicəsi dəmir preparatlari ilə aparilir.

Bu dərman vasitələri xəstənin əsaslı müayinəsindən sonra həkim Hematoloq tərəfindən təyin edilməlidir.

Dəmir tərkibli dərmanlari özbaşina qəbul etməyin, əks halda dəmirin qanda miqdarinin artmasi nəticəsində zəhərlənə bilərsiniz!

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.