Fizioterapiya və tibbi reabilitasiyaFizioterapiya və tibbi reabilitasiya

11.10.2022Sağlamlıq məqalələri

xroniki xəstəlik olub, onurğada degenerativ dəyişikliklərin inkişafı

xroniki xəstəlik olub, onurğada degenerativ dəyişikliklərin inkişafı ilə xarakterizə edilir və fəqərələrin, fəqərəarası disklərin, oynaqların səthinin və bağların zədələnməsi ilə müşayiət olunur. Onurğanın osteoxondrozu onurğa sütununda yaranan ağrıların əsas səbəblərindən biridir.

Osteoxondrozun səbəbləri əsasən bədənin ehtiyaclarına diqqət yetirilməməsi, düzgün qidalanmamaq və orqanizmin üzərinə həddən artıq yükün düşməsi ilə bağlıdır. Fəqərə sütununda patoloji dəyişikliklərin başlanmasının qarşısını almaq və artıq mövcud olan osteoxondrozun dinamikasını ləngitmək üçün sağlam həyat tərzinin ümumi prinsiplərinə riayət etmək tövsiyə olunur.

Osteoxondroz zamanı onurğa sümüyündə fəqərələr arası qığırdaqlar sadəcə olaraq köhnəlir və zamanla öz funksiyalarını itirirlər.

Simptomlar:⏬

Bel osteoxondrozu

  • Bel ağrısı
  • Ayaqlarda ağrı
  • Ayaqlarda spazmların olması
  • Boyun osteoxondrozu
  • Qolları yana doğru hərəkət etdirməkdə çətinlik
  • Boyunda şiddətli ağrı
  • Başgicəllənmə və baş ağrısı
  • Ürək bölgəsində ağrı
  • Barmaqlarda uyuşma və iynə batma
  • Sinə osteoxondrozu
  • Sinə ağrısı
  • Qoltuq altı ağrısı

Müalicə olunmazsa nə baş verə bilər?

Müalicə olmayan xəstəlik sinir köklərinin zədələnməsinə, onurğa beyninin zədələnməsinə və daxili orqanların işinin pozulmasına gətirib çıxarır. Müalicə edilməzsə, osteoxondroz oynaqdakı qığırdaqlara zərər verə bilər. Uzun müddətdə müalicə olunmayan osteoxondroz artritə səbəb ola bilər.

Osteoxondrozun müalicəsi zamanı müxtəlif konservativ müalicələrdən və eləcə də fizioterapiya metodlarından istifadə edilir.

Çox ağır, müalicəsiz buraxılmış hallarda və həmçinin onurğa beyni sıxılması zamanı cərrahiyə müalicəsi tətbiq edilir.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.