04 dekabr tarixində Gəncə şəhər Nizami Bələdiyyəsinin Komissiyasının
04 dekabr tarixində Gəncə şəhər Nizami Bələdiyyəsinin Gender Əsaslı Komissiyasının təşkilatçılığı, Gəncə şəhər İcra Hakimiyyətinin, Gəncə Beynəlxalq Xəstəxananın dəstəyi ilə Gəncə Dövlət Universitetində "Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması ” adlı tədbir keçirilmişdir.
Tədbirdə Gəncə Dövlət Universitetinin humanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyeva, Gəncə Nizami Bələdiyyəsinin sədr müavini, Gəncə Beynəlxalq Xəstəxanasının PR Meneceri Leyla Məmmədova, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Xalidə Mete, Gəncə Beynəlxalq Xəstəxanasının Endekrinoloqu Dr.Şəhla Verdiyeva, Gəncə Beynəlxalq Xəstəxanasının Cərrah Mama-Ginekoloq Uzm.Dr.Aygün Altun çıxış edərək mövzu haqqında öz dəyərli fikirlərini bölüşmüşdürlər.
Qeyd edək ki, bu tədbirdə 180 nəfərdən çox tələbələ iştirak etmişdir.

