08.12 2023-cü il tarixində Gəncə şəhər Nizami Bələdiyyəsinin
08.12 2023-cü il tarixində Gəncə şəhər Nizami Bələdiyyəsinin Gender Əsaslı Komissiyasının təşkilatçılığı və Gəncə şəhər İcra Hakimiyyətinin, Gəncə Beynəlxalq Xəstəxananın dəstəyi ilə Gəncə Dövlət Universitetində “Hüquqlarını bilməlisən” şüarı altında tədbir keçirilmişdir.
Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Xalidə Mete, Gəncə Dövlət Universitetinin humanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyeva, Gəncə Şəhər Nizami Bələdiyyəsinin sədr müavini, Gender Əsaslı Komissiyanın sədri, Gəncə Beynəlxalq Xəstəxananın PR meneceri Leyla Məmmədova, AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Baş məsləhətçisi Rafiq Mahmudov, Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbihi Abbasov, Gəncə Şəhər Beynəlxalq Xəstəxanasının İnsan resursları üzrə menecer Natəvan Abbasova, "Təmas "Regional İnkişaf İctimai Birliyinin təsisçisi Kubra Ələkbərova, çıxış edərək mövzu haqqında öz dəyərli fikirlərini bölüşmüşdür.
Qeyd edək ki, bu tədbirdə 180 nəfərdən çox tələbələ iştirak etmişdir.

