İnvaziv kardiologiyaİnvaziv kardiologiya

25.11.2023Xidmət və avadanlıq

Döyüntülərin Radiofrekans Ablasiya proseduru ilə ləğv edilməsi İcbari

Əziz İzləyicilərimiz! Döyüntülərin Radiofrekans Ablasiya proseduru ilə ləğv edilməsi İcbari Tibbi Sığorta çərçivəsində olduğundan artıq tam rahatlıqla göndəriş əsasında Gəncə Beynəlxalq Xəstəxanasına müraciət edə bilərsiniz.

Qeyd edək ki, bu xidmət tam ödənişsiz şəkildə Kardioloq-aritmoloq Dr. Günay Rəhimova və Kardioloq-aritmoloq Prof.Ata Kırılmaz

tərəfindən həyata keçirilir.

Ürəkdə Ritm pozğunluğu zamanı müasir tibbdə həyata keçirilən RADİOFREKANS ABLASİYA metodu barədə:

Ürək normal olaraq 1 dəqiqə ərzində 60-100 arası hesabla döyünür və bu döyüntülər adətən nisbi ritmik olur. Lakin, Ürəyin müxtəlif nahiyələrində yaranan impulslar və ya əlavə keçirici yolların olması nəticəsində Ürəkdə RİTM POZĞUNLUĞU yaranır və heç bir əlamət büruzə vermədən ani ölümə də səbəb ola bilir. Bu xəstəliyin ilkin formada müalicəsi öncədən dərman preparatları ilə həyata keçirilir. Əgər bu zaman yenidən eyni cür döyüntülər müşahidə olunarsa, xəstəyə MÜASİR TİBBDƏ RADİKAL MÜALİCƏ olaraq həyata keçirilən RADİOFREKANS ABLASİYA metodu tətbiq edilir. Xəstənin qasıq nahiyəsindən ürəyin içərisinə xüsusi kateterlər yerləşdirilir. Süni olaraq laborator şəraitdə döyüntülər xəstədə formalaşdırılır. Döyüntünün hansı nöqtədən çıxdığı aydınlaşdıırılır və ürəyə yerləşdirilən kateterin ucundan Radiofrekans dalğa verilərək həmin nöqtə ablasiya olunur, yəni yandırılır və bir daha bu cür döyüntülər müşahidə olunmur.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.