Otorinolarinqologiya (LOR)

26.12.2023Sağlamlıq məqalələri

Müraciət edən hər 10 pasiyentdən 6-sı İmmunitet zəifliyindən şikayət

Müraciət edən hər 10 pasiyentdən 6-sı İmmunitet zəifliyindən şikayət edir. İmmunitet zəifliyi nədir ?

İmmun sistemi orqanizmin sahib olduğu bioloji müdafiədir ki, o orqanizmi xəstəliklərdən, mikroblardan və digər arzuolunmaz bioloji hücumlardan qoruyur. Əgər İmmun sistemi hər hansı bir səbəbdən dolayı zəifləyərsə, bədənin qoruma qabiliyyəti zəifləyər. Bu zəifliyi fürsət bilən viruslar, dərhal bədənə daxil olmağa başlayar və qrip kimi ən sadə xəstəliklərə qarşı beıə müqavimət göstərə bilməz.

İmmun çatızmazlığının olub olmaması nə zaman araşdırılır ?

Uşaqların ildə 8, böyüklərin isə ildə 4 dəfədən çox yuxarı tənəffüs yolunun iltihabı keçirməsi zamanı

İldə 4 və daha artıq qulaq iltihabı yəni otit, ildə 2 dəfədən çox sinuzit keçirilməsi zamanı

2 ay və daha artıq antibiotik istifadəsi. Lazımi dozada antibiotikin verilməsinə baxmayaraq xəstəliyin tam keçməməsi və xronik infeksion xəstəliyin olması zamanı

İldə 2 dəfə və daha artıq pnevmaniya və bronxit keçirməsi zamanı

Böyümə və inkişaf geriliyi zamanı

Təkrar olunan yumuşaq toxuma absesləri zamanı

Uzun müddət davam edən ağız içi (süd yarası) və dəri göbələk xəstəliyi zamanı

İnfeksiyanın qarşısını almaq üçün damardan antibiotik müalicəsinin aparılması zamanı

Təkrarlanan oğlan uşaqlarının ölümü zamanı

Qohum evliliyi və ailədə daha öncə immun yetməzlik xəstəliyindən əziyyət çəkən insanların olması zamanı

Sizdə və övladlarınızda sadalanan əlamətlərdən ən az ikisi müşahidə edilirsə, immun sisteminiz araşdırılmalıdır.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.