RadiologiyaRadiologiya

04.11.2023Sağlamlıq məqalələri

Rentgenoqrafiya obyektiv üsul kimi patoloji proseslərin

Rentgenoqrafiya obyektiv üsul kimi patoloji proseslərin öyrənilməsində və onların dinamiki gedişinin izlənməsində mühüm rol oynayır. Rentgenoskopiyada görünməyən kiçik və incə dəyişikliklər rentgenoqramda asanlıqla aşkar edilir. Ona görə də rentgenoqrafiyadan sümük-oynaq sistemində, ağciyərin və digər daxili üzvlərin kiçik patoloji hallarında istifadə olunur.

Rentgen şüaları vasitəsi ilə daxili orqanlarda və sümük toxumasında meydana gələn xəstəlikləri asanlıqla müəyyənləşdirmək mümkündür. Sümük toxumasında sınıq, çat və çıxıq olduqda isə onu yalnız rentgenoqrafiya vasitəsilə aşkarlamaq olur.

Rentgen vasitəsi ilə həmçinin kəllənin həm sağ, həm də sol tərəfinin şəklinin alınması mümkündür. Bu zaman oradakı dəyişikliklər, sınıqlar aydın görünür.

Radiologiya bölməsində aparılan Rentgen müayinələri

  • Arxa-ön döş qəfəsi rentgenoqrafiyası
  • Onurğa sütunu rentgenoqrafiyası
  • Kəllə sümüyü rentgenoqrafiyası
  • Körpücük sümüyü rentgenoqrafiyası
  • Gicgah-çənə oynağı rentgenoqrafiyası
  • Əl biləyi rentgenoqrafiyası
  • Döş qəfəsi rentgenoqrafiyası
  • Diz oynağı rentgenoqrafiyası
  • Dirsək oynağı rentgenoqrafiyası
  • Çiyin oynağı rentgenoqrafiyası
  • Bud sümüyü rentgenoqrafiyası
  • Bel fəqərələri rentgenoqrafiyası
  • Boyun fəqərələri rentgenoqrafiyası
  • Ayaq biləyi rentgenoqrafiyası

Alın burun boşluğu rentgenoqrafiyası və s.

Əlavə məlumat almaq üçün

  • ://gbx.az/

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.