29-30 noyabr, 1dekabr tarixlərdə Azərbaycan Respublikasının Səhiyyə
29-30 noyabr, 1dekabr tarixlərdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Elmi-Tədqiqat Kardiologiya İnstututu, Gəncə Beynəlxalq Xəstəxanasının birgə təşkilatçılığı ilə “Gəncə Sağlamlıq Günləri” keçiriləcək.
1. 29 noyabr tarixində Gəncə Beynəlxalq Xəstəxanasında müharibə veteranları və şəhid ailələri üçün ödənişsiz tibbi aksiya keçiriləcək.
Aksiyada müayinələr həkim kardioloq (EKQ, EXO), nevropatoloq və endekrinoloqlar tərəfindən aparılacaqdır. Aksiya saat 10:00 dan 15:00 kimi davam edəcəkdir.
2. 30 noyabr tarixində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Elmi-Tədqiqat Kardiologiya İnstututu, Gəncə Beynəlxalq Xəstəxanasının birgə təşkilatçılığı ilə “Kardiologiyada rəhbər tövsiyələrə əsaslanan müasir yanaşmalar” mövzusunda Elmi Konfrans keçiriləcək.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında həyata keçirilməsi planlaşdırılan konfrans proqrama uyğun olaraq kardioloq, endokrinoloq, nevropatoloq ixtisaslı həkimlər üçün nəzərdə tutulmuşdur.
QEYD
Proqramın 100 faizini tamamlayan hər bir iştirakçıya 36 DTT balı və sertifikat veriləcək.
Konfransda iştirak ödənişsizdir.

