Kardiologiya

20.11.2024Tədbirlər və layihələr

30 noyabr tarixində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

30 noyabr tarixində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Elmi-Tədqiqat Kardiologiya İnstututu, Gəncə Beynəlxalq Xəstəxanasının birgə təşkilatçılığı ilə “Kardiologiyada rəhbər tövsiyələrə əsaslanan müasir yanaşmalar” mövzusunda Elmi Konfrans keçiriləcək.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında həyata keçirilməsi planlaşdırılan konfrans proqrama uyğun olaraq kardioloq, endokrinoloq, nevropatoloq ixtisaslı həkimlər üçün nəzərdə tutulmuşdur.

QEYD

Proqramın 100 faizini tamamlayan hər bir iştirakçıya 36 DTT balı və sertifikat veriləcək.

Konfransda iştirak ödənişsizdir.

Hərkəs konfransda iştirak üçün dəvətlidir!

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.