Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 44 günlük
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 44 günlük Vətən müharibəsində iştirak etmiş Ağayev Şamxal Mobil oğlunu səhhəti ilə bağlı Gəncə Beynəlxalq Xəstəxanada ziyarət edib. Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları da iştirak ediblər.
Niyazi Bayramov müharibə iştirakçısının səhhəti və müalicəsi ilə maraqlanıb, bununla bağlı aidiyyəti üzrə tapşırıqlar verib.
Şamxal Ağayev öz növbəsində ölkədə şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.
Qeyd edək ki, Şamxal Ağayev 2020-ci ildə könüllü olaraq Vətən müharibəsində iştirak edib. Şuşa istiqamətində gedən döyüşlərdə yaralanıb. IIl dərəcəli Vətən müharibəsi əlilidir. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Şuşanın azad olunmasına görə", " Füzulinin azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.

