Koronar angioqrafiya əməliyyat deyil, sadəcə bir müayinə üsuludur
Koronar angioqrafiya əməliyyat deyil, sadəcə bir müayinə üsuludur. Angioqrafiya zamanı damarlara vurulan kontrast maddə hesabına ürək damarlarının görüntüləri çəkilir. Müayinə nəticəsində ürək damarlarında olan daralma, tıxanma vəziyyəti müəyyən olunur. Bundan sonra həmin damar probleminə uyğun müalicə istiqaməti olaraq konservativ müalicə, stent əməliyyatı və ya açıq əməliyyat qərarı verilir.
Qeyd edək ki, İcbari Tibbi Sığorta ilə koronar angioqrafiya müayinəsindən xəstəxanamızda tam ödənişsiz şəkildə keçə bilərsiniz.
Xidmətdən yararlanmaq üçün
- Vətəndaş dövlət tibb müəssisəsinə müraciət etməli
- “Xidmətlər zərfi” çərçivəsində “Göndəriş vərəqəsi” əldə etməli
Bu göndərişlə Gəngə Beynəlxalq Xəstəxanasına müraciət etməli.


