ktyabrın 4-ü Cəbrayıl Şəhəri Günüdür
ktyabrın 4-ü Cəbrayıl Şəhəri Günüdür.
Azərbaycan Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, bu ildən Cəbrayıl şəhərinin azad edildiyi tarix Cəbrayıl Şəhəri Günü kimi qeyd olunur.
Azərbaycan Prezidenti 2020-ci il oktyabrın 4-də xalqa müraciət edərək 1993-cü ilin 23 avqustunda Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Cəbrayıl rayonunun azad olunması xəbərini verdi. Bu, 44 günlük müharibədə ordumuzun ilk böyük qələbəsi idi. Bu müjdəni gözləyən Azərbaycan xalqı şəhidlərin canı-qanı ilə azad etdiyi doğma Cəbrayılda bayrağımızın ucaldılmasını qürurla izlədi. Bu gün azad Cəbrayıl artıq ilk sakinlərinin isti nəfəsi ilə yurd-yuvaya çevrilir, yenidən qurulur, abadlaşır.

